Çərşənbə axşamı, 21 May

Böyük Dəbilqə: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb

image

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqədə qızıl medal qazanıb. 

90 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda Serbiya təmsilçisi Nemanya Maydovla üz-üzə gəlib. 

Rəqibinə qızıl xal bölümündə qalib gələn Mehdiyev Böyük Dəbilqənin qalibi olub. 

100 kq-da yarışan Zelim Kotsoyev bürünc medal görüşündə Onise Saneblidze (Gürcüstan) ilə üz-üzə gələcək

Qeyd edək ki, Böyük Dəbilqənin ilk iki günündə Azərbaycan təmsilçilərindən 73 kq-da Hidayət Heydərov qızıl, 66 kq-da Yaşar Nəcəfov gümüş medala sahib çıxıb. 60 kq-da Kəramət Hüseynov 5-ci, Balabəy Ağayev 7-ci yeri tutub. Yarışda Azərbaycanı ümumilikdə 9 cüdoçu təmsil edir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06
image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41