Bazar, 19 May

Dünyanın ən böyük dovşanı oğurlandı

image

2012-ci ildə Ginnesin Rekordlar Kitabına düşən “dünyanın ən böyük dovşanı” olan “Darius” adlı dovşan oğurlanıb.

Xəbər verilir ki, hadisə İngiltərənin Vusterşir bölgəsində baş verib. Dovşanın sahibi Annetti Edvards dovşanı qaçıran şəxslərin kimliyinin məlum olmadığını bildirib. Edvards sosial şəbəkə hesabında paylaşım edərək Dariusu tapıb gətirənə 1000 funt sterlinq verəcəyini deyib.

Qeyd edək ki, 130 santimetr uzunluğunda olan dovşan 2012-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41