Bazar ertəsi, 20 May

Separatçıların təbliğatı davam edir: Donbasda yenidən...

image

Ukrayna Silahlı Qüvvələri (AFU) bu gün “Donetsk Xalq Respublikası”nın (DXR) Staromikhailovka kəndini iriçaplı minaatanlardan atəşə tutub, kəndə 14 mina atıb.

Xəbər verilir ki, bu barədə separatçı respublikanın Atəşkəs Rejiminə Nəzarət və Koordinasiya Birgə Mərkəzindəki nümayəndəliyi məlumat yayıb.

“Ukraynanın silahlı birləşmələri Staromikhailivka qəsəbəsi stiqamətində atəşkəsi pozub”, - nümayəndəlikdən bildiriblər. Qeyd olunur ki, Ukrayna təhlükəsizlik qüvvələri səhər saat 07:00-da Petrovskini atəşə tutub, kəndə 120 mm-lik 14 mina atılıb.

Qeyd edək ki, Donbasda təmas xəttində vəziyyət fevralın 17-i səhər saatlarından gərginləşib. Separatçı Donetsk və Luqansk rejimləri iddia edirlər ki, Ukrayna ordusu bilərəkdən atəşkəsi pozub.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41