Çərşənbə axşamı, 21 May

Belarus da müharibəyə qoşulur? - Lukaşenko aydınlıq gətirdi

image

“Belarus müharibəyə cəlb olunmayacaq”.

Xəbər verilir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün hərbçilərlə keçirilən operativ iclasda bildirib.

“Bir daha vurğulamaq istəyirəm: bizim insanlarımız əmin olmalıdır ki, biz heç bir yanlış addım atmayacağıq. Heç bir. Birincisi, biz müharibəyə cəlb olunmayacağıq. İkincisi, heç kim bizdən bunu istəmir, orada bizsiz də məsələni həll edəcəklər. Lakin bir daha vurğulayıram: əgər lazımdırsa, biz hər cür dəstək göstərəcəyik”, - deyə Lukaşenko qeyd edib.

O, həmçinin bildirib ki, Belarus və Rusiyanın İttifaq dövləti çərçivəsində öhdəlikləri var: “Biz müttəfiqik. Bizim müvafiq razılaşmamız var və bunda bizi ittiham etmək lazım deyil”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06