Çərşənbə axşamı, 21 May

Voleybolçumuz Avstriyada kubok qazandı - FOTO

image

Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova Macarıstanın “Vaşaş” klubunun heyətində növbəti uğurunu qazanıb.

Xəbər verilir ki, təcrübəli blokçumuzun komandası MEVZA (Orta Avropa Voleybol Zona Assosiasiyası) turnirinin qalibi olub.

“Vaşaş” Avstriyanın paytaxtı Vyanada keçirilən yarışın finalında Sloveniyanın “Kalsit” klubu ilə üz-üzə gəlib. Macarıstan təmsilçisi rəqibini çətinlik çəkmədən məğlub edib – 3:0 (25:22, 25:16, 25:19).

Bununla da Ayşən Abduləzimovanın şərəfini qoruduğu “Vaşaş” mövsümdə ilk beynəlxalq kuboku qazanıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06
image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41