Bazar, 19 May

Kiyev vilayətinə aviazərbələr nəticəsində dinc sakinlər ölüb

image

Rusiya silahlı qüvvələrinin Kiyev vilayətinin Vışqorodski rayonundakı Maryanovkaya endirdiyi hava zərbəsi nəticəsində 4 dinc sakin həlak olub, 15 nəfər yaralanıb.

Xəbər verilir ki, bunu Kiyev vilayətinin Dövlət Administrasiyası məlumat yayıb.

“Təəssüf ki, Polesye, Maryanovka və Qavrilovkada da mülki itkilər var. Vışqorodski rayonundakı Maryanovkada düşmən qüvvələri rüsvayçılıqla dinc sakinlərə hava zərbəsi endirib. Hazırda 4 nəfərin öldüyü, 15-dən çox yaralının olduğu barədə məlumat təsdiqlənib. Ölənlərin ailələrinə dərin hüznlə başsağlığı veririk”, - deyə administrasiya rəhbəri Aleksey Kuleba bildirib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41