Şənbə, 18 May

Selçuk Bayraktar Ukraynaya dəstəyini bəyan etdi

image

“Rusiyanın müstəqil bir xalqın suverenliyini heçə sayaraq, qanunsuz müdaxiləsini ən kəskin şəkildə pisləyirəm”.

Xəbər verilir ki, bunu Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar Tvitterdə yazıb.

“İşğala müqavimət göstərən türk qardaşlarımızın vətəni Krım və Ukraynanı dəstəkləyirəm”, - o qeyd edib.

“Dünyada baş verənlər açıq şəkildə göstərir ki, milli texnologiya ilə güclü və müstəqil müdafiə sənayesi xalqlar üçün həyati əhəmiyyət kəsb edir. Tam müstəqil, güclü və firavan Türkiyənin yeganə yolu Milli Texnologiyanın inkişafıdır”, - o əlavə edib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41