Cümə axşamı, 16 May

Üç NATO ölkəsi Ukraynaya 70 hərbi təyyarə verəcək

image

Üç NATO ölkəsi: Bolqarıstan, Polşa və Slovakiya Ukraynaya 70 hərbi təyyarə verəcək.

Xəbər verilir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin Mətbuat xidməti feysbuk səhifəsində bildirib.

“Ukrayna ordusu üçün 70 təyyarə! Bizim tərəfdaşlarımız bizə MiQ-29 və Su-25 veririlər! Ehtiyac olduqda onlar Polşa aerodromlarında yerləşə biləcək. Ukrayna pilotları oradan döyüş tapşırıqlarını yerinə yetirəcəklər”, - məlumatda qeyd olunub.

Mətbuat xidmətinin məlumatına görə, Bolqarıstan Ukraynaya 16 MiQ-29 və 14 Su-25, Polşa 28 MiQ-29, Slovakiya isə 12 MiQ-29 verəcək.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00