Cümə axşamı, 16 May

“Kireyevin öldürülməsi nümayəndə heyətinin işi ilə bağlı deyil”

image

“Denis Kireyevin öldürülməsi Ukrayna nümayəndə heyətinin işi ilə bağlı deyil”.

Xəbər verilir ki, bu barədə Ukrayna Prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

Onun sözlərinə görə, Kireyev Kiyevdəki danışıqlar prosesindən kənar münaqişə nəticəsində qətlə yetirilib: “Denis Kireyev Rusiya ilə bağlı vəziyyətə dair bir sıra məsələ üzrə məsləhətçi olub. O, nümayəndə heyətinin üzvü deyildi. Güllələnməsinin nümayəndə heyətinin işi ilə heç bir əlaqəsi yoxdur. Bu, Kiyevdəki danışıqlar prosesindən kənarda baş verib”.

Podolyak söhbətin hansı münaqişədən getdiyini, hadisənin detallarını açıqlamayıb.

O, Kireyevin qətlinin araşdırılacağını da əlavə edib.

Qeyd edək ki, Ukrayna Ali Radasının deputatı Aleksandr Dubinski iddia etmişdi ki, D. Kireyev dövlətə xəyanətdə şübhəli bilinib. Bu səbəbdən o, Ukraynanın Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılarkən öldürülüb.

 

 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00