Bazar, 19 May

Ukrayna və Rusiya XİN başçılarının Türkiyədə görüşü olacaq

image

Rusiya xarici işlər naziri Sergey Lavrovla Ukrayna xarici işlər naziri Dmitri Kuleba Antalya Diplomatiya Forumunda iştirak edəcəklər.

Xəbər verilir ki, bu barədə Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu mediaya açıqlamasında deyib. O bildirib ki, forum çərçivəsində nazirlərin görüşü olacaq.

Çavuşoğlu qeyd edib ki, rusiyalı və ukraynalı nazirlərin istəyi ilə görüş üçtərəfli formatda keçiriləcək.

Görüş martın 10-da baş tutacaq. 

 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41