Bazar, 19 May

Növbəti Rusiya-Ukrayna danışıqları başladı - YENİLƏNİB

image

Rusiya-Ukrayna danışıqlarının növbəti raundu başlayıb.

Xəbər verilir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak "Twitter"də bildirib.

O, danışıqların növbəti raundunda müzakirə ediləcək məsələləri də açıqlayıb. Podolyak, atəşkəsin əldə edilməsi, qoşunların dərhal çıxarılması və təhlükəsizlik təminatları haqqında məsələlərin müzakirə ediləcəyini diqqətə çatdırıb.

00:27

Rusiya ilə Ukrayna arasında danışıqlar çərçivəsində yaradılmış işçi qruplar daim fəaliyyət göstərir və ilkin nəticələrin yekunlaşdırılması üçün martın 14-də Moskva ilə Kiyev arasında danışıqlar aparılacaq.

Xəbər verilir ki, bunu Vladimir Zelenskinin ofisinin müşaviri Mixail Podolyak bildirib.

"Danışıqlar videokonfrans formatında fasiləsiz davam edir. İşçi qruplar daim işləyir. Böyük bir problem sahəsi daimi diqqət tələb edir. Bazar ertəsi, martın 14-də ilkin nəticələrin yekunlaşdırılması üçün danışıqlar sessiyası keçiriləcək", - Podolyak "Twitter"də yazıb.

13.03.2022 / 22:32

"Hazırda Rusiya ilə Ukrayna arasında heç bir danışıq aparılmır. Danışıqlar bazar ertəsinə nəzərdə tutulub".

Xəbər verilir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

Qeyd edək ki, bu gün "Reuters" xəbər agentliyi Ukraynadakı mənbələrə istinadla 2 ölkə arasında danışıqlar aparıldığı barədə məlumat yayıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41