Cümə, 17 May

Azərbaycanda qara görə təxirə salınan oyun baş tutdu - YENİLƏNİB

image

Azərbaycan Premyer Liqasında XIX turun qara görə təxirə salınmış “Qəbələ”-“Zirə” oyunu bu gün davam etdirilib. 

Məlumata görə, qarşılaşma 65-ci dəqiqədən start götürüb. Tərəflər fərqlənməyə çox çalışsalar da, oyun qolsuz heç-heçə ilə başa çatıb. 

“Zirə” qazanılan xal sayəsində turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. Meydan sahibləri isə yekunda bir pillə geriləyərək dördüncü pillədə qərarlaşıb. 
Turnir cədvəli:

1. “Qarabağ” – 43 xal
2. “Zirə” -35 xal
3. Neftçi” – 34 xal
4. “Qəbələ” – 33 xal
5. “Sabah” – 23 xal
6. “Keşlə” – 18 xal
7. “Sumqayıt” – 13 xal
8. “Səbail” – 11 xal

10:16

Bu gün Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulacaq.

Xəbər verilir  ki, təxirə salınmış matçda “Qəbələ” ilə “Zirə” üz-üzə gələcək.

Dünən Qəbələdə güclü qar yağması səbəbindən dayandırılan qarşılaşma 65-ci dəqiqədən etibarən davam etdiriləcək. Həmin ana qədər hesab açılmayıb. İstənilən nəticə iki komandadan birini turnir cədvəlində ikinci pilləyə yüksəldəcək.

Qeyd edək ki, turun ilk iki günündə keçirilən oyunlarda “Keşlə” “Səbail”i 3:0, “Qarabağ” “Sabah”ı 1:0, “Neftçi” isə “Sumqayıt”ı 2:1 məğlub edib.

Azərbaycan Premyer Liqası
XIX tur
14 mart
12:30 “Qəbələ” – “Zirə”
Baş hakim: 
Əliyar Ağayev

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58