Çərşənbə axşamı, 14 May

Ramzan Kadırov Ukraynada: çeçenlərə əmr verdi – VİDEO

image

Çeçenistan respublikasının rəhbəri Ramzan Kadırovun Ukraynaya getdiyini əks etdirən video yayılıb.

Xəbər verilir ki, Teleqram kanallarında paylaşılan videoda R.Kadırovun çeçen döyüşçülərlə hərbi əməliyyatı müzakirə etdiyi görünür.

Rusiya Qvardiyasının generalı rütbəsini daşıyan Kadırov iclasda banderaçılara və şeytanlara rəhm edilməməsi gərəkdiyini deyib: “Tapşırıq Kiyevi götürməkdir!”

R.Kadırovun konkret harda olduğu bəlli deyil, video da yarımqaranlıq yerdə çəkilib. Kadırovun yanında köməkçisi Danil Martınov görünür. İddiaya görə, Martınov iki həftədir Ukraynadadır.

Bəzi agentliklər videoya əsasən Kadırovun Kiyevin 7 km-də olduğunu iddia edib.

Qeyd edək ki, Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko bu videoya reaksiya verərək, Kadırovun uzaq İvankovda zirzəmidən olduğunu bildirmiş, onu tanka oturaraq, Kiyevə gəlməyə səsləmişdi.

Aftafa.tv

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00