Cümə axşamı, 28 Mart

Qarabağda şok gəlişmə: “Çox yaxında onu görə bilərik ki...” – Müsahibə

image

Həqiqətən Rusiya sülhməramlılarının bir hissəsi, ən azı yarıya qədəri Qarabağı tərk edib. Onlar Gümrüdəki 102-ci hərbi bazanın hərbçiləri ilə birlikdə qruplar şəklində Ukraynaya ezam olunublar. 10 noyabr bəyanatı çərçivəsində Rusiya sülhməramlılarının yerləşdirildiyi bəlli ərazilər Azərbaycan torpaqlarıdır. Anlaşmaya görə, Ermənistanın həmin ərazilərdəki silahlı birləşmələri oradan çıxarılmalı və yerini sülhməramlılar tutmalıydı. Amma bu baş vermədi. Həmin qanunsuz birləşmələrin sayı 11 minə yaxındır. Həmin qüvvələrin çıxarılması üçtərəfli bəyanatın əsas şərtlərindən biri idi. Amma Rusiya sülhməramlıları bunu həyata keçirmədi. Üstəgəl, onların sıralarına qatılmaq istəyən qüvvələrə şərait yaratdı”.

Politoloq Qabil Hüseynlinin müsahibəsini təqdim edirik.

- Rusiya-Ukrayna müharibəsi davam edir. Ötən günlər ərzində rus ordusunun qarşıya qoyulan hədəflərə çatmadığı deyilir. Siz hadisələrin gedişini necə proqnozlaşdırırsınız: proses hansı nəticələrlə yekunlaşa bilər?

- Məncə, müharibədə dönüş yaranıb. Hesab edirəm ki, baş verənlər bundan sonrakı prosesdə əsaslı dönüşə çevrilə bilər. Bütün istiqamətlərdə Rusiyanın hücumu dayandırılıb. Rus ordusunun canlı qüvvə və texnika itkiləri həddindən artıq çoxdur. Əlavə qüvvələrin gətirilməsi hesabına ordusunun kompliketləşdirilməsi prosesinə ümid edirlər. Ümid yerləri Ramzan Kadırov, Bəşər Əsəd və sairdir.

Kənardan Ukrayna ordusuna könüllülərin axını çox sürətlə gedir. İndiyədək 45 min könüllü gəlibsə, onların yarısı hərbi xidmət keçmiş insanlardır. Üstəgəl, silah təchizatı da öz qaydasıyla gedir. Amma NATO və ABŞ Ukraynanın səmasının bağlanılması məsələsinə qol qoymaq istəmir. Bunu da guya Üçüncü Dünya Müharibəsinə səbəb olacağı təhlükəsi ilə yozmağa çalışırlar. Ümumilikdə isə həm strateji, həm də taktiki planda Ukrayna artıq müharibənin gedişində dönüş yaradıb, prosesin bir çox hissəsini öz xeyrinə çevirə bilib. Nəzərə alsaq ki, sanksiyalar da Rusiyanın durumunu daha da ağırlaşdırır, o zaman deyə bilərik ki, yaxınlarda cəbhədə əsaslı dönüş baş verə bilər.

- Nəticədən asılı olmayaraq, sərt sanksiyalar altında qalan və müharibədə Ukrayna ordusundan ağır zərbələr alan Rusiyanın keçmiş sovet məkanındakı mövqelərinin zəifləyəcəyi də müzakirə mövzusudur. Siz bu haqda nə düşünürsünüz?

- Hələlik müharibə Rusiyanın əleyhinə gedir. Rusiya ölümcül zərbələr alır, resursları ciddi surətdə tükənir. Müharibə Ukraynanın qələbəsi ilə başa çatacaqsa, bunun belə olacağı da labüd görünür, o zaman Rusiyanı çox böyük təhlükələr gözləyir. İndinin özündə də Rusiya cəmiyyətində Putinə qarşı etiraz cəbhəsi genişlənir və hər gün aksiyalar keçirilir. Bu aksiyaların bəzilərinin qarşısı zorakılıqla alınsa da, tam nəzarət etmək mümkün deyil. Üstəgəl, Putinin ətrafında da onun əleyhinə çıxış edənlər var. Demək olar ki, oliqarxların böyük əksəriyyəti Putinə qarşı çıxmağa başlayıb. Hər gün sanksiyalara görə milyonları əridikcə, Putinə qarşı qəzəbləri də artır. Hələlik onlardan biri – azərbaycanlı milyarder Vahid Ələkbərov açıq şəkildə müharibənin dayandırılması tələbi ilə çıxış edib. Bütövlükdə isə oliqarxların hamısı sanksiyaların ağırlığını hiss edirlər.

Rusiyanın maliyyə durumu da acınacaqlıdır. İnflyasiya artıq dörd rəqəmə, rublun dollar qarşısındakı məzənnəsi isə 200-ə çatıb. Rublun ucuzlaşması prosesi daha sürətlə gedəcək. Hesab edirəm ki, Rusiyanı maliyyə defoltu gözləyir. Artıq Avropa Birliyi yeni sanksiya paketini qəbul edib. Bu sanksiyalar öldürücü xarakter daşıdığından Rusiya iqtisadiyyatı iflic ola bilər. İki gün əvvəl bir sıra iri investisiya şirkətlərinin ölkəni tərk etməsi nəticəsində bir gündə 14 milyon insan işsizə çevrildi. Proses belə davam etsə, istehsal tamamilə neft-qazın ixracatına söykənəcək. Neft-qaz ixracatına da sanksiyalar tətbiq olunmağa başlayıb. Hazırda Rusiyadan enerji resurslarının alınmasının azaldılması və ya imtina edilməsi qarşıda duran bir nömrəli vəzifədir. Ola bilsin ki, bir neçə aya qazın alınmasında azalma baş versin, amma hələlik tamamilə imtina etmək mümkün deyil. Hər halda bu məsələ üzərində ciddi işlər gedir. Əgər neft-qazın alışı dayandırılsa, bu, Rusiyanın tamamilə çöküşü ilə nəticələnə bilər.

Rusiya üçün ən qorxulusu odur ki, nə cəbhədə olan durumla bağlı, nə də iqtisadiyyatda gedən proseslərlə əlaqədar Putinə dürüst məlumat verilir. Bəlkə də özü almaq istəmir. Çünki hər iki istiqamətdə fəlakətli vəziyyət yaranıb. Danışanda isə deyir ki, hər şey plan üzrə gedir, hansısa narahatlığa əsas yoxdur. Fəlakətin ən böyüyü də burada gizlənir.

- Son günlərdə Qarabağdan da müəyyən xəbərlər gəlir. Xocalı, Xocavənd, Ağdərə və Xankəndində tezliklə Azərbaycanın suverenliyinin bərpa olunacağına ümid, gözlənti artırıb. Üstəgəl, rus sülhməramlılarının bir hissəsinin Qarabağdan çıxdığı deyilir, Ukrayna Baş Qərargahı da belə bir açıqlama verib. Bəs bu yöndə proqnozunuz necədir?

- Həqiqətən Rusiya sülhməramlılarının bir hissəsi, ən azı yarıya qədəri Qarabağı tərk edib. Onlar Gümrüdəki 102-ci hərbi bazanın hərbçiləri ilə birlikdə qruplar şəklində Ukraynaya ezam olunublar. 10 noyabr bəyanatı çərçivəsində Rusiya sülhməramlılarının yerləşdirildiyi bəlli ərazilər Azərbaycan torpaqlarıdır. Anlaşmaya görə, Ermənistanın həmin ərazilərdəki silahlı birləşmələri oradan çıxarılmalı və yerini sülhməramlılar tutmalıydı. Amma bu baş vermədi. Həmin qanunsuz birləşmələrin sayı 11 minə yaxındır. Həmin qüvvələrin çıxarılması üçtərəfli bəyanatın əsas şərtlərindən biri idi. Amma Rusiya sülhməramlıları bunu həyata keçirmədi. Üstəgəl, onların sıralarına qatılmaq istəyən qüvvələrə şərait yaratdı.

Son dövlərdə qanunsuz və pozucu qüvvələr Qarabağda tez-tez atəşkəsi pozmağa başlayıblar. İş o yerə çatıb ki, Azərbaycan ordusunun Tərtər, Goranboy və digər istiqamətlərdəki mövqeləri də atəşə tutulur. Bu, Azərbaycana meydan oxumaq deməkdir. Təbii ki, Azərbaycan ordusu bütün istiqamətlərdəki təxribatlara ən layiqli cavabı verir, nə lazımdırsa, edir. Azərbaycan ordusunun elit qüvvələrinin, dağ komandolarının və xüsusi təyinatlılarının bu və digər istiqamətlərdə yerləşdirilməsi prosesi başa çatıb. Qanunsuz birləşmələrin yerləşdiyi ərazilər üzük qaşı kimi mühasirəyə alınıb. Hesab edirəm ki, antiterror əməliyyatlarının başlaması an məsələsidir, bu qərarı da Ali Baş Komandan verəcək.

Hesab edirəm ki, baş verənlərlə bağlı Türkiyə və Rusiya ilə ciddi məsləhətləşmələr həyata keçirilməlidir. Türkiyə ilə belə məsləhətləşmələr keçirilib. Rusiya ilə də müəyyən məsələlər danışılır, amma Moskva Ukraynanı bəhanə edərək, açıq fikir ortaya qoymaqdan çəkinir. Amma bizim də çox gözləmək üçün vaxt və imkanımız yoxdur. Azərbaycan kimlərinsə rəyi ilə oturub-durmayacaq. Güman edirəm ki, çox yaxında həmin ərazilərdəki başıpozuq erməni dəstələrinin qovulub-çıxarılması prosesinin sərəncamı verilə bilər. Bununla da Azərbaycan bu ərazilərdə öz suverenliyinin bərqərar olmasına şərait yaradacaq.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45
image

Sabahdan tətil başa çatır

  • 26.03.2024 - 09:25