Cümə, 26 Aprel

Aytən Mustafazadənin biznes şəbəkəsi – Araşdırma 

image

Bir müddət əvvəl keçmiş deputat, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafazadənin Las Vegasdakı kazinolardan birində istirahət edərkən çəkdirdiyi fotosu yayımlanmışdı. Həmin vaxt foto ilə yanaşı AMEA-nın məsul işçisinin sahib olduğu bir sıra obyektləri və mülkləri haqqında da mətbuatda bir sıra məlumatlar tirajlandı. 

Qeyd edək ki, Aytən Mustafazadə hüquq elmləri doktordur və 2015-ci ildə 16 saylı Yasamal ikinci seçki dairəsindən deputat seçilib. Parlamentdə təmsil olunduğu dövrdə Əmək və sosial siyasət komitəsinin üzvü olan Aytən Mustafazadə, haqqında yayılan məlumatlara bu günə qədər ciddi reaksiya verməyib. Sadəcə bir neçə kütləvi iformasiya vasitələrində adı çəkilən obyektlərin ona məxsus olmadığını bildirməklə kifayətlənib.

İlk olaraq bildirək ki, Aytən Mustafazadənin biznes şəbəkələri şirniyyat, ticarət və tikinti sektorlarında olmaqla bir neçə istiqamətdə fəaliyyət göstərir. “Azad şirniyyat” istehsalat birliyinə məxsus 30 mağaza, İnşaatçılar metrosunun yaxınlığında yerləşən şirniyyat evi və Bakının bir neçə yerində sifarişlə tort hazırlayan Sezak şirniyyat evi Aytən Müstafazadəyə məxsusdur. O, eyni zamanda İtaliyanın məşhur “Sezak” şirkəti ilə partnyordur. 

Tualet kağızı və katric biznesini də idarə edən Aytən Mustafazadə Kəmaləddin Heydərovun kadrlarından hesab olunur. Onun oğlu Orxan Mustafazadə isə “Dubay Orxan” adı ilə tanınır. Hazırda 30 yaşında olan Orxan eyni zamanda Aytən Müstafazadənin Dubaydakı biznes obyektlərini idarə edən əsas şəxsdir. “Dubay Orxan” ləqəbi də məhz burdan qaynaqlanır. Orxan anasının Dubayda yerləşən “Fresh Berry” supermarketlər şəbəkəsinin, “Twilight” yaxta, su oyunları, icarə və menecment şirkətinin, Dubayda sahilə yaxın ərazidə villanın fəaliyyətini təşkil edir. “Twilight” şirkəti Dubayda Jumeriah Beach Hotel, Marina Yacht Club, Marina Mall ərazilərində yerləşir və şirkətin tabeliyində ailəvi istirahət, balıq ovu üçün nəzərdə tutulan yüzlərlə yaxta mövcuddur. 

Eyni zamanda Orxan Mustafazadə anasının Dubayda yerləşən “İdeal Concept Group” adlı şirkətinə də rəhbərlik edir. Şirkətin baş ofisi Dubayda “Grosvenor Business Tower” də yerləşir və illik icarə haqqı kimi 520 min dollar pul ödənilir.

Orxan Mustafazadə Prezident Aparatının keçmiş İşlər idarəsinin müdiri Oqtay Şahbazovun nəvəsi ilə evlidir. Oqtay Şahbazov qohumluq nəticəsində Orxan Mustafazadə “Kontinent” Holdinqin rəhbərliyinə gətirilib. Bu holdinq Oktay Şahbazovun vəzifədə olduğu dövrdə Prezident Administrasiyasının İşlər İdarəsinin tabeliyində olub və yaşayış binalarının, parklar və digər tikinti layihələrinin icrasını həyata keçirib. Şəkidə yerləşən “Marxal” hotel də məhz bu holdinq tərəfindən tikilib.

Eyni zamanda holdinqin Türkiyədə tikinti layihələri və yaşayış binaları mövcuddur. Oğlunun idarəçiliyində olan holdinqin imkanlarından istifadə edən Aytən Mustafazadə Türkiyədə bir neçə mənzilin, Yasamal rayonu A.M.Şərifzadə küçəsində yeni binada və H.Cavid propektində yerləşən mənzillərin alınmasını da bu yolla həyata keçirib.

Bir müddət əvvəl paytaxtda yerləşən “Trump” Tover və Quba Place Hotel (keçmiş Quba Rixos) Ziya Məmmədovun əlindən alındıqdan sonra obyektlərin idarəetməsi “Kontinent” Holdinqə həvalə edilib. Lakin 2018-ci ildə “Trump” Toverdəki yanğından sonra isə holdinqə olan etimad azalıb və adı çəkilən binalar holdinqin nəzarətindən alınıb. 

Aytən Mustafazadə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun keçmiş direktoru, mərhum professor Rövşən Mustafayevin həyata yoldaşıdır.
 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33