Bazar, 19 May

Putin-Zelenski görüşü nə vaxta planlaşdırılır? - Ukraynadan açıqlama

image

“Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüşün təşkili üzərində iş işğal altındakı Donbasın Ukraynaya verilməsi düsturunu tapdıqdan sonra baş tutacaq”. 

Xəbər verilir ki, bunu Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak deyib.

“İşğal olunmuş ərazilərlə bağlı Ukraynanın mövqeyi dəyişməz olaraq qalır: ölkənin sərhədləri dəyişdirilə bilməz. Bununla belə, mən hesab edirəm ki, biz öz mühakimələrimizdə ayıq olmalıyıq. De-yure Krım, Donetsk və Luqansk Ukraynanın bir hissəsi olaraq qalır, lakin biz de-fakto onlara nəzarət etmirik, orada Rusiya administrasiyası işləyir. Əsas suallardan biri bu əraziləri necə idarə etməkdir. Danışıqlar davam edir. Biz hüquqi düstur axtarırıq. O, tapıldıqda, Ukrayna və Rusiya prezidentləri xüsusi görüşdə danışıqları davam etdirəcəklər” - Podolyak bildirib.

O, görüşün Rusiyadan başqa istənilən ölkədə keçirilə biləcəyini qeyd edib: 

“Şərtlə bağlı işi başa vuran kimi görüş təşkil etməyə başlayacağıq. Bu, növbəti həftələrin mövzusu olacaq. Amma yer bizim üçün önəmli deyil. Rusiyadan başqa hər yer mümkündür”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41