Bazar ertəsi, 20 May

Keçmiş icra başçısının 12 il həbsi tələb olundu

image

Biləsuvar Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Mahir Quliyevin məhkəməsi yekunlaşmaq üzrədir.

Xəbər verilir ki, sonuncu prosesdə dövlət ittihamçısı çıxış edərək icra başçısına cəza istəyib. O, çıxışında M.Quliyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Proses günün ikinci yarısında davam edəcək.

Qeyd edək ki, M.Quliyev 2020-ci il aprelin 29-da DTX-nin keçirdiyi əməliyyatla saxlanılıb. O, mənimsəmə və isriaf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rüşvət alma və vəzifə saxtakarlığında ittiham olunur.

Sabiq başçının cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41