Cümə axşamı, 18 Aprel

İcra başçısının iki vəzifəli şəxsi işdən çıxarmasının SƏBƏBİ bəlli oldu - YENİLƏNİB

image

Xətai Rayon İcra Hakimiyyəti iki əməkdaşın işdən azad edilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. 

İcra Hakimiyyətindən verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlar yeni deyil:

“Sözügedən məlumatda adı çəkilən icra başçısının birinci müavini Anar Səmədov və RİH-in sektor müdiri - baş mühasib Emin Məmmədzadə müvafiq olaraq dekabr-fevral aylarında öz ərizələri ilə başqa vəzifələrə təyinatları səbəbindən icra etdikləri işlərdən azad edilmələri ilə bağlı müraciət ediblər. Onların müvafiq müraciətləri də aidiyyəti üzrə qəbul edilib”.

11:40

Xətai Rayon İcra Hakimiyyətinin iki vəzifəli şəxsi işdən çıxarılıb.

Əldə etdiyimiz məlumata görə, bununla bağlı icra başçısı Rafiq Quluyev müvafiq əmrlər imzalayıb. 

Əmrlərə əsasən, icra başçısının birinci müavini Anar Səmədov və RİH-in sektor müdiri - baş mühasib Emin Məmmədzadə tutduqları vəzifədən azad ediliblər.

Hələlik onların yerinə təyinat yoxdur.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28
image

Yunanıstanda zəlzələ oldu

  • 14.04.2024 - 14:37
image

DİM bu gün imtahan keçirir

  • 14.04.2024 - 10:55
image

“WhatsApp”da yeni funksiya

  • 13.04.2024 - 17:56