Cümə axşamı, 16 May

Bu şəxslərə kompensasiya ödənəcək - VİDEO

image

Mart ayında yağan intensiv yağışlar bəzi cənub rayonlarında təsərrüfat sahiblərinə ciddi zərər vurub. Əkin sahələrinin su altında qalması onları çıxılmaz vəziyyətdə qoyub. Kənd təsərrüfatı ilə yanaşı, ev və obyektlərə də ciddi ziyan dəyib.

Xəbər verilir ki, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Tahir Rzayev vətəndaşlara dəymiş zərərin ödənməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

O bildirib ki, cənub bölgəsində seldən zərər çəkmiş vətəndaşlara kompensasiya ödənəcək.

Komitə sədrinin sözlərinə görə, sel nəticəsində Masallı və Cəlilabad rayonlarında əhaliyə dəymiş zərərin ödənməsi nəzərdə tutulub.

Millət vəkili qeyd edib ki, artıq selin əhaliyə vurduğu zərərin hesablanmasına başlanıb.

Tahir Rzayevin sözlərinə görə, sel geniş ərazini əhatə etmədiyinə görə işlər qısa zamanda yekunlaşa bilər.

Qeyd edək ki, son günlər ölkənin cənub bölgəsinə yağan intensiv yağışlar nəticəsində çaylarda və su kanallarında sululuğun artması, həmçinin qısamüddətli sel və daşqın müşahidə olunub.

Nəticədə Masallı və Cəlilabad rayonlarının bir neçə yaşayış məntəqəsində fərdi evlər, həyətyanı və əkin sahələri, digər obyektlər subasmaya məruz qalıb. Əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları evlərini su basmış sakinləri təxliyə ediblər. İntensiv yağışlar kənd təsərrüfatına da ciddi ziyan vurub.

Aftafa.tv

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58