Cümə axşamı, 16 May

Rusiya-Ukrayna müharibəsinə görə Göyçayda tonlarla məhsul zay oldu - VİDEO

image

Göyçayda 10 min tondan artıq xurma anbarlarda qalaraq zay olub. 

Xəbər verilir ki, fermerlər mövcud halı ixrac potensialının zəifləməsi ilə əlaqələndirir. 

Təsərrüfatçıların sözlərinə görə, Rusiya ilə Ukrayna arasındakı müharibə Azərbaycandan ixrac olunan xurma məhsuluna da təsir edib. 

Belə ki, əldə olunan məhsulun böyük həcmi Ukrayna və Rusiya bazarlarına ixrac olunurdu. İxrac üçün nəzərdə tutulan məhsul satışa çıxarıla bilmədiyindən bir neçə müddət soyuducularda saxlanılıb. Bu da istər-istəməz məhsulun keyfiyyətini aşağı salıb və beləcə tamamən məhv olmasına səbəb olub. Mövcud vəziyyət aidiyyəti qurumları da narahat edir. Artıq həftələrdir ki, xurma istehsalı ilə məşğul olan fermerlərin saysız-hesabsız müraciətləri qeydə alınıb. Məhsulların məhv olmaması üçün alternativ bazarların tapılması istiqamətində işlər görülür.

Aftafa.tv

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58