Cümə axşamı, 16 May

Sülhməramlılar Fərrux istiqamətinə toplanır

image

Rusiya sülhməramlı missiyasının komandanlığı “ehtiyat qüvvələrini Fərrux kəndi sahəsində cəmləşdirmək” qərarı qəbul edib.

Bu haqda xəbəri erməni xidməti yayıb. Qarabağdakı Rusiya sülhməramlı kontingentinin Telegram kanalına istinadən yayılan xəbərə görə, bu, “Azərbaycan qoşunlarının daha da irəliləməsinin qarşısının alınması” üçün edilir.

Sayt iddia edir ki, bugünlərdə çəkiliş qrupu Fərrux kəndinin yaxınlığındakı Pirlər  kəndində olub. Lakin “yerli polis” çəkilişi qadağan edib. Xəbərdə qeyd olunur ki, kənddə vəziyyət gərgin imiş. Kənd sakinlərinin sözlərinə görə Azərbaycan silahlı qüvvələri “qonşu yüksəklikdədirlər”.

Bugünlərdə baş vermiş eskalasiyadan sonra kənddə yalnız kişilər qalıb. Qadınlar və uşaqlar Xankəndiyə və Qarabağın başqa təhlükəsiz yaşayış məntəqələrinə evakuasiya olunublar.

Aftafa.tv

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00