Bazar, 19 May

Ancelina Coli onkoloji xəstə olan ukraynalı qaçqın uşağı ziyarət etdi - FOTOLAR

image

Hollivud superulduzu, BMT-nin xoşməramlı səfiri Ancelina Coli Romada ukraynalı qaçqın uşaqların müalicə olunduğu uşaq hospitalını ziyarət edib.

Xəbər verilir ki, “Ospedale Bambino” hospitalının rəsmi instaqram səhifəsində aktrisanın sözlərindən sitat gətirilir:

“Müharibənin dayandırılması üçün dua edirəm. Bu, əzab və insan köçünü dayandırmaq üçün yeganə üsuldur. Bunun uşaqların həyatı, sağlamlığı və yaraları bahasına başa gəlməsini görmək çox dəhşətlidir”.

Roma hospitalına yerləşdirilmiş uşaqlardan biri – 10 yaşlı onkoloji xəstə Artyom Babçukun anası feysbuk səhifəsində A. Coli ilə görüşü haqda yazıb. O qeyd edib ki, Hollivud ulduzunu canlı gördüyünə inana bilmir və vurğulayıb ki, aktrisa Artyoma tezliklə sağalmağı və Ukraynada sülhün bərqərar olmasını arzulayıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41