Cümə axşamı, 28 Mart

Eldar Mahmudov biznesə başladı - İddia 

image

Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovdan yeni xəbər var.

Xəbər verilir ki, sabiq MTN şefi hazırda yeni biznes fəaliyyətinə başlayıb.

Belə ki, zamanında qanunsuz yollarla ələ keçirdiyi Bakı kəndlərindəki hektarlala ölçülən torpaq sahələrində bağ evləri inşa etdirən sabiq nazir, həmin evlərdən xeylisini artıq satışa çıxarıb.

Qeyd edək ki, ölkədən çıxışına yasaq qoyulan Eldar Mahmudovun həbsi üçün ciddi əsaslar olsa da lakin reallaşmadı.

Baxmayaraq ki, Mahmudovun tabeçiliyində çalışan nazirliyin ali zabit heyətinin 21 üzvü məhz vəzifə cinayətlərinə görə məsuliyyətə alınıb. MTN-nin Anti-Terror Mərkəzinin sabiq rəisi general Elçin Quliyevin məhkəmədə Eldar Mahmudov əleyhinə ifadələri kifayyət edirdi ki, onu da qandallasınlar.

İndi məsuliyyətdən kənarda qalan Mahmudov rahat şəkildə bizneslə məşğul olmağa başlayıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45