Çərşənbə, 15 May

Sərt karantin rejimi ilə bağlı daha bir AÇIQLAMA

image

"Bu gün karantin qaydalarının normal icra olunması və yüksək səviyyədə aparılan peyvənd proqramı ümid yaradır ki, biz epidemioloji vəziyyəti nəzarətdə saxlayaraq, xüsusi sərtləşməyə və ya qapanmalara getməyəcəyik".

Xəbər verilir ki, bunu ARB24-ün “Nə baş verir?” verilişinə açıqlamasında millət vəkili Soltan Məmmədov deyib.

O bildirib ki, xəstəxanalardakı çarpayı ehtiyatı da qapanmalara gedilməməsinə şərait yaradır:

“Ümumdünya Səhiyyə Təşkilatı qeyd edir ki, reanimasiyalarda çarpayı fondunun 60-70 faizi dolarsa, müəyyən tədbirlər görülməlidir. Bizdə isə həm stasionar, həm də reanimasiyalarımızdakı çarpayı fondumuzda kifayət qədər yer var.

Azərbaycanda digər ölkələrlə müqayisədə epidemioloji vəziyyət idarə olunur. Hesab edirəm ki, bu, bizi ciddi qapanmalara getməyə vadar etməyəcək. Buna baxmayaraq narahat olmağa hər zaman əsas var. Reanimasiyaya ehtiyacı olan xəstələrin sayı artdığı halda müəyyən sərtləşmə qaydalarına getmək məcburi olacaq”.

 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00