Cümə, 17 May

Rus aviasiyasının bu ərazidə fəallığı artacaq - Britaniya kəşfiyyatı

image

Rusiyanın Krım və Donbass arasında quru dəhlizi yaratmaq ambisiyaları Ukraynanın müqaviməti ilə qarşılaşmaqda davam edir. Britaniya kəşfiyyatı hesab edir ki, Rusiya Ukraynanın şərqi və cənubu uğrunda gedən döyüşlərdə aviasiyaya dəstəyi artıracaq.

Xəbər verilir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin “Twitter” səhifəsində kəşfiyyat hesabatına əsasən deyilir.

Böyük Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya Ukraynanın şərqindəki Kramatorsk dəmiryol stansiyasına dünənki raket zərbəsi ilə paralel ukraynalı mülki şəxsləri hədəfə alan hücumları davam edəcək.

Rusiya əməliyyatları hələ də Donbas, Mariupol və Nikolayevə yönəlib və donanmanın dəstəyi ilə Ukrayna ərazisinə qanadlı raketlər buraxılır. Bu fəaliyyətə dəstək olaraq Ukraynanın cənubunda və şərqində Rusiya aviasiyasının fəaliyyətinin artması gözlənilir. Bununla belə, Rusiyanın Krım və Donbas arasında quru dəhlizi yaratmaq ambisiyaları Ukraynanın müqaviməti ilə üzləşməkdə davam edir.

Eyni zamanda, digər ərazilərdə də raket zərbələri təhlükəsi hələ də yüksəkdir. Odessa vilayətinə səmadan hücum davam edir.

Kəşfiyyat məlumatlarına görə, ruslar Mariupol vasitəsilə Xarkovu işğal etməyə cəhd edə bilərlər.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58