Cümə, 17 May

Almatıda Buçada öldürülənlərin xatirəsinə mitinq kobud polis müdaxiləsi ilə bitdi - FOTO/VİDEO

image

Almatıdakı Rusiya konsulluğu yaxınlığında fəallar Buçada həlak olanlara həsr olunmuş aksiya keçiriblər. Aksiya iştirakçıları asfalta uzanan kimi polis aksiyanın qanunsuzluğunu bəyan edib.

Şahidlərin sözlərinə görə, yerdə heç üç dəqiqə uzanmamış, polis onlara kobud şəkildə müdaxilə edib. Aksiyada olanların hamısı saxlanılıb.

Qeyd edək ki, analoji aksiyalar artıq Tbilisi, Vilnüs, Moskva, London, Dublin, Varşava və digər şəhərlərdə də keçirilib.

Xatırladaq ki, Ukraynanın Buça şəhəri Rusiya ordusunun nəzarətindən çıxandan sonra onlarla mülki şəxs küçələrdə, evlərdə, zirzəmilərdə və quyularda əlləri arxadan bağlanmış vəziyyətdə ölmüş halda tapılmışdı.

 

Aftafa.tv

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58