Şənbə, 18 May

Avropadan “Bayraktar” qərarı

image

Almaniyanın Müdafiə Nazirliyinin Hərbi Planlanlaşdırma, Tədarük və Təminat İdarəsi ölkənin silahlı qüvvələrinin Türkiyə istehsalı olan “Bayraktar TB-2” PUA-ları ilə təmin olunmasını məqsədəuyğun sayır.

Hərbi ekspertlər Müdafiə Nazirliyinin rəhbərliyini İsrail istehsalı olan “Heron-TP” döyüş PUA-ları almaqdan vaz keçərək “Bayraktar TB-2″ni seçməyi məsləhət görüblər.

Ekspertlərin fikrincə, “Bayraktar” hazırda dünyada öz sinfində ən yaxşı döyüş PUA-sıdır. Üstəlik, “Heron-TP” ilə müqayisədə “Bayraktar TB-2″ni radilokasiya vasitələri ilə aşkarlamaq daha çətindir.

İlkin məlumatlara görə, Almaniya Türkiyədən 60 “Bayraktar” ala bilər.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41