Cümə axşamı, 18 Aprel

Xorvat məşqçi Mahir Emrelinin əzmkarlığından DANIŞDI

image

“Yaxşı vəziyyətdəyik, hazırıq və motivasiyalıyıq. Derbidə daha keyfiyyətli oynamaq əzmindəyik”.

Xəbər verilir ki, bunu Zaqreb “Dinamo”sunun baş məşqçisi Jelko Kopiç Xorvatiya çempionatında Split “Xayduk”una qarşı IX turdan təxirə salınmış oyun öncəsi mətbuat konfransında deyib.

Çalışdırıcı bu komandalar arasında XXVI turda baş tutan və qolsuz bərabərə nəticələnən matçı da xatırlayıb. O, həmin görüşdə Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin zədələnməsinə baxmayaraq, bunu heç kimə deməməsini və 55 dəqiqə meydanda qalmasını nümunəvi addım adlandırıb:

“Mahir Emrelinin həmin matçdakı hərəkəti mənim üçün əlavə müsbət məqamdır. Futbolçu səhhətində problem hiss etməsinə baxmayaraq, komanda üçün maksimumunu vermək istəyir. Hamımız gördük ki, Emreli hazır deyildi. Amma o, ayağa qalxır, oyundan-oyuna yaxşılaşır. Mahir də daxil olmaqla bir çox oyunçunu düzgün ritmə qaytarmalı olduq. Mənim üçün ən önəmlisi odur ki, hər kəsin klubun uğuru, çempionluğu üçün başını ortaya qoymağa hazır olmasıdır”.

Qeyd edək ki, sabah keçiriləcək “Xayduk” – “Dinamo” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28