İmam Sahib məscidində partlayış: 33 ölü, 43 yaralı
İmam Sahib məscidində partlayış: 33 ölü, 43 yaralı
Əfqanıstanın Gündüz əyalətinin İmam Sahib rayonunda yerləşən məsciddə partlayış baş verib.
Xəbər verilir ki, bu barədə Əfqanıstanın müvəqqəti hökumətindəki mədəniyyət və informasiya nazirinin müavini Zəbiullah Mücahid Tvitter hesabında yazıb.
O qeyd edib ki, partlayış nəticəsində 33 nəfər həlak olub, 43 nəfər isə yaralanıb.
Aftafa.tv