Cümə, 17 May

ABŞ-ın Ukraynaya ayırdığı hərbi yardımda nə var?

image

Vaşinqtonun Kiyevə ayırdığı hərbi yardıma 700-dən çox “Switchblade” PUA-sı, 90 ədəd haubitsa və 16 ədəd “Mi-17” təyyarəsi daxildir.

Xəbər verilir ki, bu barədə Pentaqonun yaydığı bəyanatda deyilir.

Sənəddə qeyd olunur ki, söhbət artıq Ukraynaya çatdırılan və göndərilməsi planlaşdırılan silah-sursatdan gedir.

Birləşmiş Ştatların Ukraynaya ayırdığı hərbi yardımın ümumi dəyəri aprelin 24-dən bəri 3,4 milyard, yanvar ayından bəri isə 4 milyard ABŞ dolları təşkil edir. Bura 1,4 mindən çox “Stinger” portativ zenit-raket kompleksi, 5,5 mindən çox “Javelin” tank əleyinə raket kompleksi, 14 mindən çox digər tank əleyhinə sistem daxildir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58