Cümə, 17 May

Rusiya Ukraynadan uşaqları oğurlayıb rus ailələrinə təhvil verir – Ombudsman

image

Rusiya Federasiyasının işğalçı qoşunları Ukraynadan oğurlanmış 27 yetim uşağı Moskva vilayətində rus ailələrinə təhvil verib.

Xəbər verilir ki, bu barədə Ukrayna Ali Radasının insan hüquqları üzrə komissarı Lyudmila Denisova Facebook-da məlumat verib.

"Təcavüzkarın mediasından 27 yetim uşağın Moskva yaxınlığındakı Aprelyovkaya qanunsuz aparılması faktları məlum olub. Onlar on yerli ailəyə müvəqqəti qəyyumluğa verilib", - Denisova bildirib.

Ombudsman qeyd edib ki, hazırda belə uşaqların yetim və ya valideyn himayəsindən məhrum olub-olmaması və uşaqların onları öz ailəsinə almaq istəyən qohumlarının olub-olmaması barədə məlumat yoxdur.

"Uşaqların qalma şəraiti, sağlamlıq vəziyyəti, belə ailələrə yerləşdirilərkən uşaqların rəyi nəzərə alınıb-alınmaması məlum deyil", - o vurğulayıb.

Bundan əvvəl UNIAN artıq işğalçıların Mariupoldan 5000-ə qədər uşağı çıxardığını bildirib. Volodimir Zelenskinin sözlərinə görə, bu uşaqların harada olduğu, hansı şəraitdə yaşadıqları məlum deyil.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58