Cümə, 17 May

Ukrayna bu müharibədə qalib gələcək - ABŞ

image

Ukrayna Rusiyaya qarşı müharibədə qalib gələ bilər. Lazım olan tək şey düzgün avadanlıq və düzgün dəstəkdir.

Xəbər verilir ki, bunu Kiyevə səfərindən sonra Pentaqonun rəhbəri Lloyd Ostin deyib.

Onun sözlərinə görə, Ukraynada müharibənin xarakteri dəyişib, indi Ukraynanın başqa ehtiyacları var:

“Ukraynanın uzaqmənzilli silahlara ehtiyacı var, ölkə tanklara da ehtiyac olduğunu dilə gətirib. Qələbəyə aparan ilk addım sənin qazana biləcəyinə inanmaqdır. İnanırıq ki, biz qalib gələ bilərik, onlar düzgün təchizata, düzgün dəstəyə malik olsalar, qalib gələ bilərlər. Əlimizdən gələni edəcəyik, etməyə də hazırıq”, - Ostin bildirib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41