Bazar ertəsi, 20 May

Polşa Rusiya qazının pulunu rublla ödəməkdən imtina etdi - Naimski AÇIQLADI

image

Polşa hökuməti Rusiya qazının pulunu rublla ödəməkdən imtina edib.

Xəbər verilir ki, rəsmi Varşava Rusiya qazını rublla ödəməyə hazırlaşmır. Belə bir bəyanatla Polşa hökumətinin strateji enerji infrastrukturu üzrə komissarı Peter Naimski çıxış edib.

Hökumət rəsmisi Polşanın Rusiya qazının pulunu rublla ödəməyə razı olub-olmayacağı ilə bağlı suala, “Biz ödəməyəcəyik” deyə cavab verib.

Naimski qeyd edib ki, Varşava mümkün risklərə hazırdır: “Bütün imkanlar və risklər nəzərdən keçirilir, biz onlara hazırıq” – deyə hökumət rəsmisi vurğulayıb.

Naimski əlavə edib ki, Polşa istənilən vaxt qaz tədarükündən imtina etmək və belə bir qərar vermək iqtidarındadır. Çünki rəsmi Varşava Rusiya tərəfinin tədarükü dayandırmasına hər an hazırdır.

Xatırladaq ki, bir müddət əvvəl Naimski Rusiya neftinin tədarükü üzrə müqavilələri ləğv etmək barədə planlarını açıqlamışdı. Polşa prezidenti Anjey Duda isə Rusiyadan kömür tədarükünü qadağan edən qanun imzalamışdı.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41