Bazar ertəsi, 20 May

Müharibədən geriyə qalan DAĞINTILAR: Daha bir qəsəbə yox oldu

image

Rusiya silahlı qüvvələrinin paytaxt Kiyev ətrafından çıxarılması ilə geriyə yalnız dağıntılar və göz yaşları qaldı, başqa bir şəhər isə xəritədən tamamilə silinib.

Kiyevdən cəmi 30 kilometr aralıda yerləşən Moşun qəsəbəsinin görüntüləri ABŞ-ın peyk şirkəti “Maxar Technologies” tərəfindən paylaşılıb. Görüntülərdə kənddəki evlərin əksəriyyəti viran qoyulub.

Həmin görüntüləri təqdim edirik:

Rus ordusunun geri çəkilməsi ilə evlərinə qayıdan şəhər əhalisi evlərinin əvəzinə yalnız dağıntılarla qarşılaşıb. Rusların bombardmanları nəticəsində evlərini itirən vətəndaşlar əşyalarını maşınlarına yükləyib qəsəbəni tərk ediblər.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41