Cümə axşamı, 16 May

Kanada parlamenti: “Rusiya soyqırım törədib”

image

Kanada parlamenti Rusiya ordusunun Ukraynadakı hərəkətlərini soyqırım kimi tanıyıb.

Xəbər verilir ki, ötən gün keçirilən müzakirələrdə  “soyqırım”  məsələsini  bütün deputatlar yekdilliklə qəbul edib. Qərarın səbəbi kimi dinc sakinlərin qəsdən öldürülməsi, Ukrayna vətəndaşlarına zorakılıq tətbiq edilərək miqrasiyaya məcbur edilməsi, uşaqların ailələrindən alınması, mülki şəxslərə və girov götürülən əsgərlərə işgəncə verilməsi, qadınlara cinsi təcavüz, Ukrayna cəmiyyətinə fiziki və mənəvi zərər vurması göstərilib. Qərarın müharibədən sonrakı Rusiya-Kanada münasibətlərinə təsir edəcəyi bildirilir.

Ötən həftə Baltikyanı ölkələr, Latviya və Estoniya parlamentləri Rusiyanın Ukraynada dinc əhaliyə qarşı hücumlarını “soyqırım” kimi tanıyan qətnaməni təsdiqləyib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00