Bazar ertəsi, 20 May

“Rusiya heç kəsi nüvə müharibəsi ilə hədələmir” - Lavrov

image

“Rusiya heç kəsi nüvə müharibəsi ilə hədələmir”.

Xəbər verilir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov “Əl Ərəbiyyə” telekanalına müsahibəsində deyib. 

"Məndən nüvə müharibəsinin mümkün olub-olmaması, nüvə müharibəsinin başlaması risklərinin artıb-artmaması və Rusiyanın bunun baş verə biləcəyini güman edib-etməməsi ilə bağlı sual verdilər. Cavab verdim ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp  administrasiyası ilə əməkdaşlığımızın lap əvvəlindən biz onlara 1997-ci ildə Reyqan-Qorbaçov tezisini bir daha təsdiqləməyi təklif etdik ki, nüvə müharibəsində qalib ola bilməz”, - deyə Lavrov bildirib.

O qeyd edib ki, məhz Rusiya dəfələrlə bütün nüvə ölkələri adından nüvə silahı ilə bağlı öhdəlikləri təsdiqləyən bəyanatların qəbul edilməsi təşəbbüsü ilə çıxış edib:

“Tramp administrasiyası belə bir bəyanatı qəbul etməkdən imtina etsə də, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Baydenin Cenevrədəki ilk görüşündən sonra qəbul edilib”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41