Cümə, 17 May

“Rusiya müharibəni o vaxt bitirəcək ki…” – Tolstoyun nəticəsi

image

Rus yazıçı Lev Tolstoyun nəticəsi, deputat Pyotr Tolstoy ölkəsi ilə Ukrayna arasında davam edən müharibədən danışıb.

Deputat Rusiyanın Polşa sərhədinə çatana qədər Ukraynada müharibəni davam etdirəcəyini iddia edib.

Rusiya lideri Vladimir Putinin “Vahid Rusiya” partiyasının üzvü Pyotr Tolstoy İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində müharibənin Moskvanın istədiyi vaxtda bitəcəyini söyləyib:

“Avropanın dəstəyinə, Boris Conson və ya İtaliyanın baş naziri kimi şəxslərin isterikasına baxmayaraq, Ukraynadakı əməliyyatı lazım olan vaxtda bitirəcəyik”.

Ukraynada “xüsusi əməliyyat”ın ölkənin “nasistlər”dən təmizlənənə qədər davam edəcəyini deyən Tolstoy Qərbin 30 ildir Ukraynanı Rusiyaya qarşı təxribata sövq etdiyini bildirib.

Deputat ulu babası Lev Tolstoy haqqında da danışıb:

“Rus ordusunun əsgəri olub. Krımda ingilisləri və fransızları öldürüb. Ölkənin taleyi təhlükə altında olanda ağlınıza gələn tək şey ölkənizə dəstək olmaqdır. Mən bunun Lev Tolstoy irsinə zidd olduğunu düşünmürəm”.

52 yaşlı Tolstoy tez-tez antisemitizmdə ittiham olunur. O, Rusiyada işğalçı müharibənin qatı tərəfdarlarından və təbliğatçılarından biridir. Pyotr Tolstoy əvvəllər Ukrayna və Gürcüstanı “Rusiya sayəsində mövcud olan pis cırtdanlar” adlandırdığına görə tənqidlərə məruz qalmışdı. Eyni zamanda, 44 günlük Qarabağ müharibəsindən sonra Azərbaycanın əleyhinə hədələyici fikirlər səsləndirməklə də gündəmə gəlmişdi.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58