Cümə, 17 May

Payızda maska yenidən qayıda bilər? - AÇIQLAMA

image

“Maska rejimi ləğv olunub. Demək olar ki, tək-tük məhdudiyyətlər qalıb”.

Xəbər verilir ki, bu sözləri səhiyyə naziri Teymur Musayev bu gün jurnalistlərin ölkədəki karantin rejimi, maskanın ləğvi ilə bağlı suallarını cavablandırarkən deyib.

O bildirib ki, bununla bağlı yaxın zamanda ÜST-ün Avropa Bürosunun direktoru ölkəmizdə səfərdə olub:

“Bu məsələ yaxından müzakirə edilib. O öz açıqlamasında qeyd etdi ki, xüsusilə payız aylarında ayıq-sayıq olmaq lazımdır. Şərt o deyil ki, koronavirusla bağlı hər hansı sıçrayış olsun. Koronavirus SARS-CoV2 virusu dəfələrlə sürprizlər göstərib, mutasiyalara uğrayıb. Lakin yeni mutasiyaların olub-olmayacağını bilmədiyimiz üçün bir qədər ehtiyatlı olmağı və gözləməyi tövsiyə edirəm”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41