Çərşənbə, 24 Aprel

Azərbaycanda dollar tələbi artıb - Səbəbi nədir?

image

Mayın 11-də Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Mərkəzi Bankdan verilən məlumata görə, hərracda tələb 40.6 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Dollara tələb bundan əvvəl - mayın 5-də keçirilən hərracla müqayisədə 31.8 faiz artıb.

Bir həftə ərzində dollara tələb niyə 30 faizdən çox artıb? Adlarının çəkilməsini istəməyən bəzi yerli sakinlər də bildirirlər ki, Rusiyada ticarətlə məşğul olan bir çox Azərbaycan vətəndaşlarına Bakıda və ölkənin bir sıra bölgələrində yaşayan yaxınları dollar əldə etməkdə dəstək verirlər.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev "Turan"a deyib ki, hərracda valyutaya tələbatın artması dünyada gedən proseslərlə əlaqəli ola bilər: "Bu, dünyada baş verən inflyasiya, eyni zamanda, logistikanın kifayət qədər dağılması ilə bağlı ola bilər".

O qeyd edib ki, Azərbaycan idxaldan müəyyən mənada asılıdır və bir çox məhsullar ölkəyə gətirilir: "Həmin mallara isə dünyada qiymət artımı var. Digər tərəfdən də, ölkələr artıq çalışırlar ki, bir çox əmtəələrin qıtlığının yaranmaması üçün əvvəlcədən tədbir görsünlər, ölkəyə daha çox zəruri malların gətirilməsini təmin etsinlər. Çox güman ki, hərracdakı dollara tələbat bununla bağlı ola bilər".

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33