Cümə, 29 Mart

Putin Paşinyanın bu istəyini rədd etdi

image

Nikol Paşinyan Qazaxıstanda olduğu kimi, Kremldən KTMT qoşunlarını Ermənistana göndərməyi xahiş edib.

Xəbər verilir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.

Buna səbəb İrəvanda və digər şəhərlərdə Paşinyanı qorxuya salan gündəlik kütləvi etiraz aksiyalarıdır.

Kanalın məlumatına görə, KTMT-nin sammiti ərəfəsində Paşinyan quruma rəsmi müraciət ünvanlayıb.

“Paşinyan Moskvada təşkilatın üzvlərindən təminat almağa çalışırdı. Əgər İrəvanda vəziyyət Qazaxıstan ssenarisi kimi getsəydi, Rusiya və qurumun digər üzvləri Paşinyanın hakimiyyətdə qalması üçün ordu yeridərək kütləvi aksiyaları yatırmalı idilər. Prezident Administrasiyasında isə Paşinyanın xahişi rədd edilib və ondan xahişi geri götürməsi istənilib, əks halda erməni tərəfinə rəsmi olaraq bunu gündəmdən çıxaracağı bildirilib”, - kanal qeyd edib.Kanal həmçinin qeyd edib ki, bu cavabdan sonra Paşinyan kuluarlarda Vladimir Putinin birbaşa dəstəyinə nail olmaq istəyib:

"Lakin o, burda da rədd cavabı alıb. Paşinyan və Putinin görüşü tədbirin sonuna salınıb və o, Rusiya prezidenti ilə görüşmək üçün 5 saat gözləyib. Lakin sonda rus hərbçilərinin köməyi ilə problemini həll etməyə razılıq ala bilməyib”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45