Cümə axşamı, 28 Mart

Şəhriyar “Chessable Masters”də növbəti qarşılaşmalarda iştirak edəcək

image

Bu gün “Champions Chess Tour” onlayn seriyasının dördüncü mərhələsi olan “Chessable Masters” yarışında ilkin mərhələnin son oyunları keçiriləcək.

Xəbər verilir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov günün ilk görüşündə - 13-cü turda Cons Gevane (İngiltərə) ilə qarşılaşacaq.

Sonrakı iki turda David Guizarro (İspaniya) və Dinq Liren (Çin) ilə mübarizə aparacaq. Qeyd edək ki, şahmatçımız ötən turlarda 19 xal toplayaraq 16 şahmatçı arasında 5-ci pillədə qərarlaşıb.

Şahmatçılar ilkin mərhələdə dairəvi sistem üzrə yarışırlar. Yekun nəticədə, səkkiz ən güclü şahmatçı nokaut sistemi üzrə keçiriləcək növbəti mərhələyə vəsiqə qazanacaq.

Mayın 26-dək davam edəcək turnirin mükafat fondu 210 min ABŞ dollarıdır.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45
image

Sabahdan tətil başa çatır

  • 26.03.2024 - 09:25