Cümə, 19 Aprel

Putin iki istiqamətdə Avropaya təzyiqi artırır

image

Vladimir Putinin məqsədi təkcə Ukraynada müharibənin yaratdığı ərzaq böhranı deyil, həm də miqrasiya böhranıdır. Rusiya Prezidentinin hesablamasına görə, taxıl tədarükünün kəsilməsindən sonra aclıqla üzləşən insanlar bu bölgələrdən qaçaraq, Avropaya getməyə çalışacaqlar. Vaxtilə müharibənin dəhşətindən qaçan milyonlarla suriyalı kimi...

Xəbər verilir ki, bunu Almaniyanın Rusiyadakı keçmiş səfiri Rüdiger fon Fritş deyib.

O bildirib ki, yeni qaçqın dalğası ilə Putin Avropada sabitliyi pozmaq və Qərb hökumətlərinə Rusiyaya qarşı sərt mövqeyindən əl çəkmələri üçün siyasi təzyiq göstərmək istəyir:

"Bu, yeni hibrid müharibədir. Ukrayna ərazisində müharibə tezliklə bitməyəcək. Çünki Putin indi öz hakimiyyətini saxlamaq məsələsi ilə üzləşib. Ona görə də müharibənin davam etməsi və genişlənməsi ehtimalı yüksəkdir".

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20