Çərşənbə axşamı, 28 İyun

Ukraynalılar "kadırovçular"ı "ət maşını"na saldılar - VİDEO

image

Ukrayna mediası Rusiya qoşunlarının verdiyi itkilərə dair yeni video yayıb.

Xəbər verilir  ki, saytlar bu dəfə daha çox "kadırovçular" kimi tanınan çeçen döyüşçülərin öldürüldüyünü yazıblar.

Bildirilir ki, 57-ci briqadanın əsgərləri Luqansk vilayətində “kadırovçuları” və digər muzdluları uğurlu şəkildə məhv ediblər.

"Dronla qeydə alınan görüntülərdə mövqelərimizə hücum etməyə cəhd edən düşmən ordusunun bölməsinin itkiləri əks olunub. Uğurlu əməliyyat reallaşdıran qəhrəman hərbçilərimiz əsasən "kadırovçulardan" ibarət olan işğalçı qrupları yerindəcə məhv ediblər. Onlar ya meyitləri döyüş meydanında qoyub qaçıblar, ya da özləri üçün vacib saydıqları hansısa komandir və ya zabitlərin cəsədlərini sürüyərək avtomobilə yükləyiblər. Hücuma keçən işğalçıların tələyə düşərək məhv edilməsi əməliyyatı dəfələrlə uğurlu şəkildə icra olunub", - məqalədə yazılıb.

Müəllif qeyd edir ki, hərb dilində "ət maşını" adlandırılan əməliyyatdan sağ çıxmaq ehtimalı xeyli azdır. Əgər 40 əsgər tələyə düşərək dörd bir tərəfdən atəşə məruz qalırsa, oradan yalnız 4-5 nəfərin sağ çıxması mümkündür.

Qeyd edək ki, Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynada müharibə başlayandan bəri döyüş bölgələrinə xeyli sayda çeçen döyüşçü göndərib. O, dəfələrlə sosial şəbəkələrdə paylaşım edərək əsgərlərinin itki vermədiyini, əksinə uğurla fəaliyyət göstərdiklərini iddia edib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Maya Sandu Ukraynaya getdi

  • 27.06.2022 - 13:06