Çərşənbə axşamı, 28 İyun

Sülhməramlılar Qarabağdan çıxacaqmı? - Korıbko

image

Amerikalı siyasi ekspert Endryu Korıbkonun Axar.az-a müsahibəsi:

- Brüssel görüşü hazırda regionun əsas mövzusudur. Hadisələrin gələcək inkişafını necə görürsünüz?

- Qeyri-qanuni silahlı erməni qruplaşmalarının hərəkətə keçmə və stabilliyi pozmaları ilə bağlı risk həmişə var, lakin hər şeyi nəzərə alsaq, situasiya ümumilikdə sabit görünür.

- Brüssel görüşündən sonra sərhədlərin delimitasiya və demarkasiya prosesi sürətlənib, hər iki tərəf artıq komissiya yaradıb. Qarşıda prosesə mane olma cəhdləri mümkündürmü?

- Hazırda ən böyük qeyri-müəyyənlik qeyri-qanuni silahlı erməni qruplarının statusudur. Qaranlıq məqamlardan biri də Rusiya sülhməramlılarının nəzarət etdiyi regionda etnik qrupların Azərbaycana tam inteqrasiyası zamanı xüsusi status əldə etmək məqsədləri ilə bağlıdır.

- Sizcə, müddətin sonunda sülhməramlılar bölgədən çəkiləcəkmi?

- Buna cavab vermək hələ tezdir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Maya Sandu Ukraynaya getdi

  • 27.06.2022 - 13:06