Cümə axşamı, 25 Aprel

İsveç və Finlandiya rəsmiləri bu gün Ankaraya gedəcək

image

Finlandiya və İsveç nümayəndə heyətləri Türkiyə nümayəndələri ilə onların NATO-ya qəbulu məsələsini müzakirə etmək üçün bu gün Ankaraya gsəfər edəcəklər.

Xəbər verilir ki, bu barədə “A Haber” telekanalı məlumat yayıb. Onlar Türkiyədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nümayəndəsi İbrahim Kalın və Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal ilə görüşəcəklər.

Bir müddət öncə Finlandiya və İsveçin NATO dakı səfirləri Klaus Korhonen və Aksel Vernhoff ölkələrinin Şimali Atlantika Blokuna qoşulması üçün alyansın Baş katibi Yens Stoltenberqə rəsmi ərizə təqdim ediblər. Lakin indiki halda Türkiyə onların alyansa daxil olmasının əleyhinədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, bu ölkələr terrorçulara himayə edir.

NATO-ya yeni üzvün qəbul olunması çoxmərhələli prosesdir. Buna alyansda siyasi qərarlar verən Şimali Atlantika Şurası nəzarət edir. Üzvlüyə dair müraciətə əvvəlcə şurada baxılır, sonra isə müvafiq müqavilə alyansın bütün 30 üzv ölkəsi tərəfindən ratifikasiya olunur.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33