Şənbə, 18 May

Moldovanın eks-prezidenti ev dustaqlığına buraxıldı

image

Kişinyov Məhkəməsi Moldovanın eks-prezidenti İqor Dodonu 30 sutka ev dustaqlığına göndərib. 

Xəbər verilir ki, məhkəmə prosesində prokuror Piotr Yarmalyuk  keçmiş prezidentin həbs olunmasını istəyib.

Prokuror Piotr Yarmalyuk jurnalistlərə qərardan apellyasiya şikayəti verəcəyini bildirib.

Dodon mayın 24-də passiv korrupsiya (Moldova Cinayət Məcəlləsinin 324-cü maddəsi), siyasi partiya tərəfindən cinayət təşkilatından maliyyə vəsaiti alma (CM-in 181/2-ci maddəsi), qanunsuz varlanma (maddəsi) üzrə saxlanılıb. O, həm də dövlətə xəyanət (CM-nin 337-ci maddəsi) ilə ittiham olunub.

Bundan əvvəl İnformasiya və Təhlükəsizlik Xidmətləri Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu ilə birlikdə İ.Dodonun 12 ünvanda olan evində axtarışlar aparıb.

Məlumata görə, təhlükəsizlik qüvvələri axtarışlar zamanı müxtəlif valyutalarda külli miqdarda pul və dəbdəbəli əşyalar aşkar ediblər.

Əlavə məlumat üçün qeyd edək ki, ev dustaqlığında olan İ.Dodon sübutları məhv edə və istintaqa təsir edə biləcək.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41