Bazar, 19 May

Vəfa Şərifovanın 4 min AZN-ə ala bilmədiyi mahnını kimə veriblər? - VİDEO

image

Müğənni Vəfa Şərifova yeni açıqlaması ilə diqqət çəkib.

Xəbər verilir ki, müğənni Roza Zərgərlinin “Tam Vaxtıdır” verilişinə qonaq olan ifaçı illər əvvəl 4 min manat pulu olmadığı üçün "O kimdir ki?" adlı mahnını ala bilmədiyini deyib. Şərifova daha sonra həmin mahnını həmkarı Günay İbrahimlinin əldə etdiyini vurğulayıb:

“Günay İbrahimlinin ifa etdiyi O kimdir ki?” mənim üçün yazılmışdı. Həmin ərəfədə pulum olmadı. Günay İbrahimli o mahnını aldı. Əslində o mahnı mənə yazılmışdı. Sadəcə yeni başladığım ərəfə idi və maddi problemlərim var idi. Elçin Məhərrəmov və Dj Roşka mənə mahnının qiymətinin 4 min manat olduğunu demişdilər”.

Aftafa.tv

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41