Cümə, 17 May

Castin Biberin üzünün yarısı iflic olub - VİDEO

image

Amerikalı müğənni Castin Biberin üzünün yarısı xəstəlik səbəbindən iflic olub.

Bu barədə sənətçinin özü “Instagram” səhifəsində məlumat verib.

“Məndə Ramsey Hunt sindromu var. Bunun səbəbi qulağımda və üzümdə sinirə hücum edən virusdur”, - deyə müğənni paylaşdığı videoda üzünün hərəkətsiz hissəsinə işarə edərək bildirib.

Biber konsertlərinin ləğv edilməsindən məyus olan pərəstişkarlarının anlayışına arxalandığını da deyib. Müğənni ümid edir ki, zaman keçdikcə siması əvvəlki vəziyyətinə qayıdacaq və o, yenidən çıxış edə biləcək.

Ramsay Hunt sindromu üz sinirinin bir hissəsinin herpetik zədələnməsidir. Xəstəliyin əlamətlərindən biri də üzün bir hissəsinin iflic olmasıdır. Bərpa dərman və fizioterapiyanın köməyi ilə həyata keçirilir.

Aftafa.tv

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41