Bazar, 19 May

Rusiyanın qalib gəldiyi dünyanı təsəvvür edin... - Podolyak

image

Ramşteyn formatının hər bir iştirakçısı gözlərini yummalı və Rusiyanın qalib gəldiyi dünyanı təsəvvür etməlidir. Kruasan üçün səhər raketləri, laylalar üçün gecə sirenaları, min illik tarixi olan şəhərlərin yoxa çıxması.

Xəbər verilir ki, bunu Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Mixail Podolyak deyib.

"Silah tədarükünün hazırkı tempi qorunub saxlanılarsa, bu dünya reallığına çevriləcək. Biz qərar gözləyirik”, - Podolyak bildirib.

Qeyd edək ki, iyunun 15-də Brüsseldə Ukraynaya yardım üzrə müdafiə nazirlərinin əlaqələndirmə qrupunun növbəti iclası (Ramşteyn formatı) keçiriləcək.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41