Şənbə, 18 May

Lavrov Bakıya gəlir

image

Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək.

Xəbər verilir ki, bu barədə Rusiya xarici işlər nazirliyinin mətbuat katibi Mariya Zaxarova bildirib.
Bildirilib ki, Lavrovun Bakıya işgüzar səfəri iyunun 23-24-də baş tutacaq.

Zaxarova Lavrovun Azərbaycan XİN başçısı ilə danışıqlarının planlaşdırıldığını bildirib: "Azərbaycan prezidenti ilə görüş gözlənilir. Görüşlərdə ikitərəfli münasibətlərin gələcək inkişafına dair bütün kompleks məsələlərə baxılacaq. Eləcə də, regional və beynəlxalq gündəmdə olan aktual məsələlər müzakirə olunacaq. Əlbəttə ki, əsas diqqət yüksək səviyyəli üçtərəfli razılaşmaların həyata keçirilməsinə yönələcək".

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41